Əl-Cəzirənin Bağdad ofisi daha uzun müddətə bağlana bilər  - 2004-08-08

İraqın baş naziri İyad Ələvi deyib ki, Əl-Cəzirə televiziya proqramlarını nəzərdən keçirməsə, ərəb peyk telekanalının Bağdad ofisi bir aydan daha uzun vaxta bağalana bilər. Cənab Ələvi bildirib ki, İraqın Milli Təhlükəsizlik Şurası müstəqil komitənin telekanalın proqramlarına baxandan sonra verdiyi qiymətə əsasən bu qərarı çıxarıb. Bağdadda mətbuat konfransında danışan İraqın daxili işlər naziri Fətah əl-Naqib Əl-Cəzirənin proqramlarında zorakılığa yol verildiyini və İraqın imicinə mənfi təsir göstərdiyini deyib.