Mixail Saakaşvili BP-nin Gürcüstana  Təzyiq Göstərməyə Çalışdığını Deyib - 2004-08-06

Vaşingtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edən Gürcüstan Prezidenti Mixail Saakaşvili Bakı Tibilisi Ceyhan neft kəməri ilə əlaqədar olaraq demişdir ki, ABŞ səfəri vaxdı BP ona təzyiq göstərməyə çalışıb ki, bir daha neft kəməri ilə əlaqədar məsələ qaldırmayacağı barədə müqavilə imzalasın. O bundan narahatlığını bildirmiş və demişdir ki, biz Banan Respublikası deyilik və bizimlə bir dövlət kimi rəftar etmək lazımdır. Prezident Saakaşvili belə bir müqavilə imzalaya bilməyəcəyini və gələcəkdə də bəzi məsələlərin qaldırılacağını qeyd etmişdir. O bu yaxınlarda baş verən problemin isə həll olunduğunu təstiq etmişdir. Gürcüstan Prezidenti BTC layihəsini dəsdəklədiyini desə də layihənin bəzi şərtlərinin Gürcüstan üçün əlverişsiz olduğunu söyləmişdir.