Gürcüstanın separatçı Cənubi Osetiya regionunda Gürcüstan və Osetiyanın sülhümühafizə qüvvələri arasında atışma olub. Gürcüstanın daxili işlər naziri İrakli Okruaşvili bu gün Tbilisidə müxbirlərə altı osetiyalının öldüyünü, iki gürcü əsgərin yaralandığını bildirib. Cənab Okruaşvili osetiyalıları atəşkəsi pozmaqda iitiham edərək Gürcüstan əsgərlərinin cavab atəşi açmağa məcbur olduqlarını deyib. Daxili işlər naziri bu kimi hücumlara cavab verilcləyinə söz verib. Regiona Gürcüstan, Osetiya və Rusiyanın sülhümühafizə qüvvələri nəzarət edir.