Şimali Koreyanın nüvə proqramı ilə bağlı altı tərəfli danışıqların növbəti mərhələsinə hazırlıqları müzakirə etmək üçün Çinin vasitəçisi Cənubi Koreyadadır. Ninq Fukui Cənuib Koreya rəsmiləri ilə görüşdükdən sonra eyni müzakirələr məqsədilə Tokioya yollanacaq. Yaponiya, Çin, iki Koreya, Rusiya və Amerika Birləşmiş Ştatları iyun ayında Pekində son görüş zamanı danışıqları yenidən sentyabr ayında davam etdirmək barədə razılıq əldə etmişdilər. Bundan əvvəlki üç görüş zamanı tərəqqi əldə edilməyib.