Prezidentliyə namizədlər 11 Sentyabr komissiyasının rəyini dəstəkləyib - 2004-07-26

11 Sentyabr terrorçu hücumlarını araşdıran komissiyanın tövsiyələri Buş administrasiyası və Demokratların Prezident namizədi Con Kerri tərəfindən himayə edilir. Prezident Buş bu gün Milli Təhlükəsizlik Müşaviri Kondaliza Raysla görüşərək həmin tövsiyələrin yerinə yetirilməsi imkanlarını müzakirə edəcək. Tövsiyələrin siyahısına kəşfiyyat agentliklərinin fəaliyyətlərinin daha yaxşı əlaqələndirilməsi və bir qarşı-kəşfiyyat mərkəzinin və Nazir səviyyəsində kəşfiyyat direktorunun təyin olunması da daxildir. Xəbərlərdə bildirilir ki, Prezident Buş kəşfiyyat fəaliyyətlərinin yenidən qurulması üçün, kongresin qərarını gözləmədən, bəzi qərarlar qəbul edə bilər. Con Kerri demişdir ki, komissiya tövsiyələri vaxt itirmədən yerinə yetirilməlidir.