Pakistan və Hindistan sülh danışıqlarını davam etdirəcəklər - 2004-07-16

Pakistan Xarici İşlər Naziri Xurşıd Kasuri Hindistanlı həmkarı Natvar Sinqhlə sülh planını müzakirə etməkdən ötrü gələn həftə İslamabadda görüşəcək. İki paytaxtdan verilən xəbərlərə görə danışıaqlar yeddi millətin üzv olduğu Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının yığıncaqının ardınca baş verəcək. Keçən il irəli sürülmüş sülh planı mütəxəssislər tərəfindən iki nüvə silahına malik olan qonşular arasında normal əlaqələrin bərpa olunması yönümündə ən yaxşı şans kimi qiymətləndirilir. Ölkələrin rəsmiləri gözləntiləri endirərək, hansısa bir sıcrayışın olacağını mülayim şəkildə inkar ediblər. Onların təbirincə, bu görüş tərəflər arasında sadəcə tanışlıq məsqədi daşıyır.