Türkmənistan "Mayak" radiostansiyasının verilişlərini dayandırıb - 2004-07-12

Türkmənistan rəsmiləri Rusiyadan ölkəyə radio verilişləri yayımlayan yagenə radiostansiya olan “Mayak”-ın verilişlərini dayandırıblar. Rəsmilər dünən radiostansiyanın verilişlərinin yayımlanmamasının səbəbini 1960-cı ildən qalmış köhnə avadanlığın sıradan çıxması ilə izah ediblər. Türkmənistan hökumətinin “Mayk”ın verilişlərini bərpa edib-etməyəcəyilə bağlı bir-birinə zidd məlumatlar verilir. Türkmənistan mətbuatı bütünlüklə dövlət nəzarətindədir. Müxalif fikrə qətiyyən imkan verməyən prezident Saparmurat Niyazov 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Türkmənistanı dünyadan demək olar ki, tamamilə təcrid etmişdir.