İraqın Müvəqqəti hökuməti amnistiya elan etməyə hazırlaşır - 2004-07-12

İraqın Müvəqqəti hökuməti ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə qarşı mübarizə aparmış, lakin indi silahları təhvil verməyə hazır olan yaraqlılara bu günlərdə əfv elan edəcək. Bunu İraq prezidenti Qazi əl-Yavər bildirib. Londonun Faynənşəl Tayms qəzetinə müsahibə verən Qazi əl-Yavər amnistiyanın bu həftə elan ediləcəyini, lakin qatillər, zor işlədənlər və girovdarlara şamil edilməcəyini bildirmişdir. İraqla bağlı digər xəbərlərdə goriv götürülmiş Filippin vətəndaşı Ancelo de la Kruzun həyat yoldaşının İordaniyaya səfər edərək İraq yaraqlılarına radio-televiziya vasitəsilə müraciət etməyə hazırlaşdığı deyilir. Yaraqlılar Filippin hökuməti hərbi qüvvələrini İraqdan iyulun 20-ə qədər çıxarmayacağı təqdirə, Kruzu qətl eədəkclərini bildirmişdidirlər. Bu gün Filippin diplomatlarının bildirdiyinə görə, son möhlət 48 saat uzaldılıb.