İsrail sədd tikintisini davam edəcək - 2004-07-11

İsrail Baş Naziri Ariel Şaron Qərb Sahili boyunca tikilən səddin inşasını davam etdirmək əmri vermişdir. Belə ki, bu yaxınlarda, qərarları öhdəlik qoymayan Dünya Məhkəməsi bu səddi qeyri-qanuni elan edib. Şaronun əmri Beynəlxalq Ədalət Məhkəməsinin səddin sökülməsini tələb edən qərarından 48 saat sonraya təsadüf edir. Şaronun əmrindən bir neçə saat əvvəl Fələstinli militantlar Tel-Əvivdə avtobus dayanacağında bomba partladaraq bir İsrail əsgərin öldürmüş və 20-dən çox adam yaralamışlar. Cənab Şaron məhkəmənin qərarının bu partlayışla əlaqəli olduğunu və onun militantları gələcəkdə də ruhlandıracağını söyləyib.