Yəməndə hökumət və Amerika əleyhinə olanlar arasında döyüşlər gedir - 2004-07-03

Yəmənin daxili işlər naziri bildirir ki, hökumət və Amerika əleyhinə olan şiə ruhanisinin tərəfdarları arasında iki həftədən bəri davam edən döyüşlərdə 118 nəfər adam həlak olmuşdur. Rəşad Əl-Alimi Yəmən parlamentinə bu gün bildirirb ki, şimaldakı Saada vilayətində baş vermiş döyüşlərdə Hüseyn Bədrəddin Əl-Hutinin 86 döyüşçüsü və 32 hökümət əsgəri həlak olmuşdur. 141 nəfər yaralanmmış, onlarla esktremist isə həbs edilmişdir. Bu həftənin əvvələrində ruhaninin təslim olması ilə bağlı gedən danışıqlar nəticə verməmişdir. Onun qardaşı bu həftə döyüşlərdə qətlə yetirilmişdir. Yəmən höküməti şiə ruhanisini anti-amerika əhvall-ruhiyyəsi yaymaqda, hökumət binalarına hücumlarda və qanunsuz silahlı dəstələr saxlamaqda ittiham edir.