Prezident Buş Yaxın Şərqdə demokratiyanın yayılmasına səsləyib - 2004-06-29

Prezident Buş Yaxın Şərq ölkələrini demokratiyanın yayılmasından çəkinməməyə çağırıb. O, NATO-nun İstanbul zirvə toplantısının bitməsindən sonra, İstanbulun Qalatasaray universitetinin professor, müəllim və tələbələri qarşısında etdiyi çıxışında deyib ki, azadlıq bəşəriyyətin gələcəyidir.

“Mən azadlığın Yaxın Şərqin gələcəyi olduğuna inanıram. Mən azadlığın bəşəriyyətin gələcəyi olduğuna inanıram,” deyə Buş bildirib.

Cənab Buş söyləyib ki, Yaxın Şərqdə bir çox addam onun islam ölkələrində islahatların həyata keçirilməsi haqqındakı çağırışını bədbinliklə qarşıladığını bilir. Onlar Qərb demokratiyasının İslamın təlimilə uyğun gəlmədiyini iddia edirlər. Prezident Buş deyib ki, onlar onun fikrini düzgün baş düşməyiblər. Nümayəndəli hökumət öz xalqını təmsil edir. Prezident Buş buna Türkiyədə demokratik bir hökumətin olduğunu misal gətirərək, onu alqışlamışdı: “Türkiyə qüdrətli dünyəvi demokratik, əhalisinin çoxu müsəlman və azad millətlərin yaxın müttəfiqi olan bir ölkədir.” Prezident Buş Avropa Birliyini Türkiyəni üzv qəbul etməyə çağırıb. Almaniya, İtaliya və Britaniya Türkiyənin Birliyə üzv olması üçün onunla danışıqların keçirilməsini dəstəkləyirlər. Fransa isə bu ideyanı lazmı qədər dəstəkləmir.

Prezident Buş etiraf edərək deyib ki, demokratiyaya keçid bir neçə on il vaxt ala bilər. Demokratiyaya gedən yol uzundur, amma son hədəfə çatmaq üçün göstərilən sərlərə dəyər.