Prezident Karzai Əfqanıstan seçkilərinin Sentyabrda keçirilcəyini təsdiq edir - 2004-06-13

Əfqanıstan Prezidenti Həmid Karzai seçkilərin Sentyabrda cədvələ uyğun keçiriləcəyi haqda götürdüyü öhdəliyə sadiq qalacağını bəyan edib. Bu gün Amerika televiziyasında çıxış edən Prezident Karzai əmin olduğunu bildirib ki, seçkilər gecikdirilməyəcək, çünki Əfqan xalqı bu seçkilərin keçirilməsini çox istəyir. Amma eyni proqramda səslənən başqa müsahibədə ABŞ dövlət katibi Kolin Pauell seçkilərin gecikdirilə biləcəyi haqda şaiyələr eşitdiyini deyib. Başqa mövzulara gəldikdə Prezident Karzai öz vəzifəsini möhkəmlətməkdən ötrü ölkədəki silahlı dəstələrlə razılaşmaya gəlməsi haqda dolaşan fikirləri təkzib edib. O, həmçinin deyib ki, Əfqanıstanın keçmiş idarəçiləri olan Talibanlar mütəşəkkil hərəkat kimi yox, kiçik və təcrid olunmuş qruplaşmalar şəklində müqavimət göstərirlər.