Ukrayna prezidenti Leonid Kuçma oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bildirmişdir. O, Kiyevdə təşkil etdiyi mətbuat konfransında üçüncü dəfə prezidentliyə namizəd olmayacağını demişdir. Ukrayna müxalifəti cənab Kuçmanı ölkə siyasətini nəzarət altında saxlamaqda günahlandırır. Ukraynanın Ali Məhkəməsi isə cənab Kuçmanın üçüncü dəfə prezident seçkilərində iştirakı barədə qərar çıxarmışdir.