Səudiyyə Ərəbistanında əcnəbilər hücuma məruz qalıb - 2004-05-29

Səudiyyə Ərəbistanının Xobar şəhərində əcnəbilər yaşayan binaya naməlum silahlı şəxlərin hücumu nəticəsində azı 16 nəfər həlak olub. Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib ki, silahlı şəxslər Əl-Xobar Neft mərkəzinə hücum edərək bir neçə əcnəbini qətlə yetirmişlər. Həlak olanlar arasında 10 yaşlı misirli bir oğlan və bir amerikalı da olub. Nəmalum silahlı şəxslər bir neçə nəfəri də girov götürüb. Onlar girov götürülən beş livanlını azad ediblər. Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəlmişlər. Lakin əməliyyat haqqında hələlik ətraflı məlumat verilməyib. Təhlükəsizlik qüvvələrinin rəsmiləri bildiriblər ki, azı dörd silahlı şəxs əcnəbilərin yaşadığı üç binaya hücum etmişlər. Bu binalarda Şell Honeyvell və General Elekrik şirkətinin işçiləri yaşayır. Misrin silahlı qüvvələrinin strategiya mərkəzinin keçmiş başçısı general Hösam Sovilim deyib ki, bu hücumlarda məqsəd Səudiyyə Ərbistanının neft sənayesini təxrib etməkdir. Bu, Ben Laden və Əl-Qaidə terror şəbəkəsinin planlarının bir hissəsidir Bu hücumların məsuliyyətini özünü Ərəb yarımadasında Əl-Qaidə adlandıran qrup öz üzərinə götürüb. Qrup bildirib ki, o, müsəlmanların neft sərvətini oğurlayan Birləşmiş Ştatlara qarşı vuruşur.