Əfqanıstanda bir norveç əsgəri öldürülüb - 2004-05-24

Əfqanıstanın paytaxtı Kabildə həyata keçirilən hücum nəticəsində sülhməramlı qüvvələrdə xidmət göstərən norveçli 1 əsgər həlak olub. Kabilin təhlükəsizliyini qoruyan sülhməramlı qüvvələrinin komandiri kanadalı general Rick Hillier deyir ki, dünən axşam 4 Norveç maşın karvanı hücumçuların qumbara atan raketinin atəşinə məruz qalmışdı. hadisə zamanı digər bir əsgər yüngül yaralanmışdır. General bildirmişdi ki, Kabil polisi hücumla bağlı istintaqa başlayıb. Bu qatillər ölkəni qarmaqarışığa qaytarmaq istəyirlər.Norveçin 200 əsgəri Kabil və Gündüzün təhlükəsizliyini təmin edən 6 min əsgərdən ibarət beynəlxalq sülhməramlı qüvvələr tərkibində xidmət göstərir.