11 sentyabr terror hücumları ilə bağlı dinləmələr başlayıb - 2004-05-19

Nyu York şəhərinin keçmiş meri Rudolf Culiani 2001-ci il 11 sentyabr terror hücumlarından sonra xilasetmə əməliyyatlarını alqışlasa da, dəhşətli səhvlərə yol verildiyini demişdir. Bu hücumlarla bağlı dinləmələrdə çıxış edən cənab Culiani demişdir ki, bu hadisələrdə kimisə günahlandırmaqdansa gələcəkdə baş verə biləcək hücumların qarşısının alınması sahəsində işlər aparılmalıdır. Culiani qaçırılan iki təyyarənin Dünya Ticarət Mərkəzinin əkiz binalarına dəyməsindən sonra özünün və şəhərin yüksək səlahiyyətli nümayəndələrinin hadisəyə cavabları haqda da izahat vermişdir. Bu gün Nyu Yorkun hazırkı meri Maykl Blumberq və Amerikanın Daxili təhlükəsizlik naziri Tom Ridcin komissiya qarşısında ifadə verəcəyi gözlənilir.