İsrail Qəzzada hərbi əməliyyata başlayıb - 2004-05-17

İsrail Misirdən qeyri-ganuni silahların gətirilməsi və fələstinli döyüşçülərin hücumlarının garşısının alınması məqsədi ilə Qəzza zolağının cənubunda geniş hərbi əməliyyəta başlamışdır. İsrail bildirir ki, fələstinli grupların əsas bazası kimi tanınan Rəfah şəhərinin Qəzza sektorundan ayrılması barədə goşunlarına göstəriş verilib. Qəzza sektorunun cənubunda yerləşdirilmiş yüzlərlə İsrail əsgəri v yaraqlı fələstinlilər arasında toqquşma olmuşdur. İsrail bildirir ki, goşunlar fələstinli döyüşçülərin tanklara garşı raketlərlə hücümundan sonra cavab atəşi açmışlar. Fələstinli döyüşçülər hücüma tank, buldozer və hərbi vertoliyotlardan dəstək alan İsrail güvvələrinin geri çəkilməsi məqsədi ilə keçmişdilər. Silahlı güvvələr Rəfah şəhərinə bu gün səhər daxil olmuşlar. İsrailin Analar Cəmiyyəti ölkənin baş naziri Ariyel Şaronu qüvvələrin geri çəkilməsi planının tezliklə həyata kecirilməsini tələb etmişlər.