ABŞ-ın İraqdakı rəsmiləri İdarəetmə Şurasının başçısına qarşı sui-qəsdin iordaniyalı ekstremist Əbu Müsab Əl-Zərqavinin dəsti-xətti olduğunu deyirlər. İraq rəsmiləri də İzzidin Səlimin gətlini gətiyyətlə pisləmişlər. İraqın xarici işlər naziri Xoşir Zebari bildirmişdir ki, hücüm yeni, demokratik İraqın yaradılması prosessinə mane olmaq istəyənlərin işidir. Cənab Zebari İzzidin Səlimin ölümündən kədərləndiyini bildirmişdir. O demişdir ki, Səddamdan sonrakı yeni İraqın quruculuğunda iştirak etməyə gərər verənlər bilməlidilər ki, onlar da sui-qəsd hədəflərinə çevrilə bilərlər. Əsli Bəsrə şəhərindən olan şiə müsəlman cənab Səlim uzun illər İraqın müxalifət hərəkatının üzvü və İraqın müvəqqəti idarəetmə şurasının rəhbəri olmuşdu. O, Bağdadın mərkəzində, ciddi mühafizə olunan şuranın binası və koalisiya güvvələrinin baş gərarqahı yaxınlığındakı bomba partlayışı nəticəsində gətlə yetirilmişdir.