Bu gün Amerikanın Massaçussets ştatında ilk homoseksual nikahları bağlanıb. Mərasimlər Ali Məhkəmənin ilk dəfə olaraq homoseksulların münasibətlərini qanunləşdirmə hökmündən bir neçə saat sonraya təsadüf edib. Hökm Amerikanı homoseksual nikahına icazə verən 4 ölkədən birinə çevirib. Eyni cinsli nikahın əleyhinə olan mühafizəkarlar Massaçussetsin yeni qanununun qüvvəyə minməsinə mane olmağa çalışırdılar. Lakin Ali Məhkəmə onların iddiasını qəbul etməmişdir.