Prezident Buş İraqda mülki amerikalının başının kəsilməsinin terrorist düşmənlərin təbiətini nümayş etdirdiyini demişdir. Həftəlik radio müraciəti zamanı Amerika prezidenti Nikolos Börqü qətlə yetirən terrorçu ələ keçirilməyincə, onun axtarışının davam etdiriləcəyini bildirmişdir. Corc Buş demişdir ki, Birləşmiş Ştatlar qüvvələri İraq liderləri ilə birgə hakimiyyətin təhvil verilməsi məsələsi üzərində işləyir. ABŞ prezidenti İraqda məhbuslara qarşı təzyiqlərin bir daha təkrar edilməyəcəyini söyləmişdir. Son rəy sorğularına əsasən İraqdakı hadisələr demokrat partiyasından prezidentliyə namizəd Con Kerrini prezident Buşdan 5 xal irəliyə çəkmişdir.