Hindistanda Sonya Qandinin qalib partiyası hökumət formalaşdırır - 2004-05-14

Hindistanda keçirilən parlament seçkilərində gözlənilməz qələbə qazanan Kongress Partiyası yeni koalissiya hökümətini formalaşdırmaq üçün işə başlamışdır. Hindistanın növbəti Baş Naziri, partiyanın rəhbəri Sonya Gandi gələcək strategiyanı və hökümətdəki yerlərin bölüşdürülməsi barədə parlamentə seçilmiş və müttəfiq olan başqa partiyalarla bu gün danışıqlara başlayıb. Kongress partiyası Baş Nazir vəzifəsinə öz namizədinin adını sabah açiqlamaq niyyətindədir. Atal Behari Vajpayyi, onun rəhbərlik etdiyi Bharatiya Janata partiyası seçkilərdə məğlub olandan sonra, dünən istefaya getmişdir.

Hindistanda keçirilən seçkilər nəticəsində Kongress partiyası parlamentdə olan 545 yerdən 145 yer gazanmışdır və bu da onu göstərir ki bu partiya özünün siyasi müttəfiglərindən asılı olacaq. Müttəfiq partiyalar arasında seçkilər nəticəsində gözlənilmədən 62 yer gazanan solçu partiyalar da var.

Bəzi müşahidəçilər, solçu partiyaların öz təsirlərinin göstərəcəklərindən və bu təsirin nəticəsində Bharatiya Janata partiyasının həyata keçirdiyi iqtisadi dəyişiklərin lənqiməsinə gətirməyindən narahatçılığını bildirmişlər.

Kongress partiyası bildirmişdir ki, keçmiş Baş nazir Atal Behari Vajpayyinin təşəbbüsü ilə Pakistanla başlanan sülh danışıqlarını davam etmək niyyətindədir.

Lakin analitiklərin sözünə görə, Atal Behari Vajpayyə məxsus olan böyük, siyəsəti üstələyən şəxsi nüfuzu Kongress partiyası üçün əldə etmək çətin olacaq. Məhz bu fikri, Atal Behari Vajpayy özünün gıssa istefa çıxışında vurgulamışdır: “Cənubi Asiyada Çin Xalq Respublikası və başqa dövlətlər ilə birgə fəaliyyət və dostluq barədə, sülhün yeni mərhələsi barədə çaqırışı mənim ömürlük arzum kimi galacaq....”

Hindistan tarixinin 56 müstəqil ilinin 40 ilini Hindistana Kongress partiyası vahid partiya kimi rəhbərlik etmişdir. İlk dəfə olaraq, partiya ağır olan siyasi koalisiya sənətini öyrənməli olacaq.