Nyu York Tayms: Mərkəzi Kəşfiyyat agentliyi sorğu zamanı işlədilmiş metodlardan narahatdır - 2004-05-13

Nyu York Tayms qəzetinin yazdığına görə, Mərkəzi Kəşfiyyat agentliyi Əl-Qaidənin yüksək səviyyəli nümayəndələrinin dindirilməsi zamanı kobud üsullardan istifadə etməsi təşkilatda böyük narahatlıq yaradıb. Qəzet əks-terror məsələləri üzrə hazırkı və keçmiş agentlərin sözlərinə istinadən yazır ki, Mərkəzi Kəşfiyyat agentliyinin azı bir əməkdaşı məhbusa silahla hədə gəldiyinə görə cəza alıb. Məqalədə deyilir ki, sentyabrın 11-terror hücumlarınıın planlaşdırılmasında şübhələnilən Xalid Şeyx Məhəmməd suyun altına salınaraq suda boğula bildiyinə inandırılmışdır. Nyu York Taymsın yazdığına görə, bəzi agentlər Konqresdə İraqda məhbuslarla zorakı rəftarla əlaqədar təhqiqatın Mərkəzi Kəşfiyyat agentliyi ilə bağlı eyni təhqiqatın başlamasına yol aça biləcəyindən narahatdırlar.