Çeçen prezidenti qətlə yetirilib - 2004-05-09

9 may qələbə günü münasibətilə Çeçenistanın paytaxtı Qroznıda təşkil edilmiş parad zamanı baş verən güclü bomba partlayışı nəticəsində prezident Əhməd Qadirov daxil olmaqla, 40-dan artıq adam həlak olmuşdur. Rəsmi nümayəndələr bombanın prezident Qadirov və digər yüksək səlahiyyətli rəsmi nümayəndələrin dayandığı tribunalın altına yerləşdirildiyini bildirirlər. Bomba stadionun beton təbəqəsinə yerləşdirildiyi üçün paraddan əvvəl təhlükəszlik detoktoru tərəfindən aşkar edilə bilməmişdi. Hadisədən bir neçə saat sonra Rusiya prezidenti Putin Moskva tərəfdarı Çeçenistan prezidenti Əhməd Qadirovun həlak olanlar arasında olduğunu təsdiq etmişdir. Vladimir Putin hadisənin məsuliyyətini terrorçuların üzərinə atmışdır. Prezident Çeçenistan prezidentliyini müvəqqəti icra edən baş nazir Sergey Abramovla görüşmüşdür. Hadisə zamanı Röyter Xəbərlər Agentliyinin fotoqrafçısı və televiziya foto-icmalçısı 33 yaşlı Aslan Həsənov da həlak olub. Xəsarət alanlar arasında Rusiyanın Çeçenstandakı hərbi qüvvələrinin komandiri general Valeri Baranov da var. Əvvəllər də Prezident Qadirova qarşı bir sıra sui-qəsd cəhdləri olmuş, lakin ona zərər dəyməmişdi. Rusiya Federal hökumətinin müstəntiqləri dərhal hadisə yerinə getmişlər. Çeçenistanın Daxili İşlər Nazirliyi bildirir ki, partlayışdan bir saat sonra şübhəli bilinən 5 nəfər həbs edilib.