Iraq məhbusları ətrafında qalmaqal davam edir - 2004-05-09

Bağdadın Əbu Ğreyb həbsxanasında İraq məhbuslarının zorakılığa məruz qalması beynəlxalq aləm tərəfindən elə bir hiddətlə qarşılandı ki, prezident Buş baş verənlərə görə üzr istəməli oldu. Bununla yanaşı, qalmaqal ABŞ Konqresində hər iki siyasi partiyadan qanunvericilərin və mətbuat üzvlərnin müdafiə naziri Donald Ramsfildin istefasını tələb etməsinə səbəb oldu. Birləşmiş Ştatlar hadisədən sonra ölkənin dünyadakı imicini yaxşılaşdırmaq üçün səy göstərir.

Aprelin 28-də CBS televiziya şirkətinin Amerika əsgələrinin İraq məhbusları ilə əxlaqa sığışmayan bir şəkildə rəftarını əks etdirən fotoları nümayiş etdirməsi həm Vaşinqtonu, həm də ərəb dünyasını təlatümə saldı. Amerikanın ərəb dünyası və beynəlxalq aləmdəki tənqidçiləri üçün bu, ABŞ rəsmilərinin İraqın tiraniya reşimindən qurtulması haqda bəyanatları ilə təzad təşkil etmək deməkdir. Amerikanı müdaifə edənlər isə deyirlər ki, bu fotoların göstərilməsi və bundan sonra başlamış rəsmi təhqiqat ABŞ-ın öz səhvlərini etiraf etdiyinə və onları düzəltməyə çalışdığına dəlalət edir. Bu, prezident Buşun İordaniya kralı Abdulla ilə görüşündə ictimiayyət qarşısında üzr istəməsilə təsdiq olundu. “Mən ona dedim ki, İraq məhsbularının təhqir olunduqları üçün əzab çəkdiklərinə görə və onların ailələrinin əzab çəkdiyinə görə üzr istəyirəm.” İraq məhbusları ilə bağlı qalmaqal Konqresin hərbi məsələlər üzrə komitəsində dinləmələrin keçirilməsinə səbəb oldu. Müdafiə naziri Ramsfild komitənin respublikaçı və demokrat üzvlərinin bəzən amansız suallarına cavab verməli oldu və məsuliyyəti öz üzərinə götürdü. “Bu hadisələr mənium vaxtımda baş verib. Müdafiə naziri kimi, mən bütünlüklə məsuliyyət daşıyıram.” Donald Ramsfild məsələni həll etmək üçün üç istiqamətdə addım atılacağını dedi. Birincisi, xüsisi nəzarət komitəsi hazırda aparılan təhqiqatı müşahidə edəcək və daha artıq təhqiqata ehtiyac olub-olmadığını müəyynləşdirəcək. İkincisi, saxlanılanlarla rəftar qaydaları və prossedurlar nəzərdən keçiriləcək və nəhayət üçüncüsü, zorakılığa məruz qalanlara kompensiya ödənilməsi məsələsi nəzərdən keçiriləcək. Müdafiə naziri Donald Ramsfild istefa çağışırlarına cavab vermək üçün Konqresin komitəsi qarşısında çıxışından istifadə edərək bunun siyasi məahiyyət daşıdığını bəyan etdi. “Bunu deməyə ehtiyac yoxdur, mən qabiliyyətə malik olmadığını bilsəydim, həmin dəqiqə istefa verərdim. Mən sadəcə ona görə istefaya getmirəm ki, çünki bilirəm, insanlar bunu siyasi məsələyə çevirməyə çalışırlar.” Prezident Buş aydın şəkildə bildirdi ki, cənab Ramsfildi dəstəkləyir və onun müdafiə naziri vəzifəsində qalmasını istəyir. Vaşintonda bu seçki ili məsələ hələ də qızğın müzakirələrə səbəb olaraq qalır. Siyasi dairələrdə “Amerikanın dünyada və xüsusilə də ərəb dünyasında imicini və ona inamı bərpa etmək mümkün olacaqmı?” sualı çoxlarını düşündürür. ABŞ senatoru Cek Ridin dediyi kimi, İraq məhbusları gələn 50 il islam dünyası və dünyanın başqa yerlərində yaddan çıxmayacaq. Bir sıra ərəb və qərb müşahidəçiləri Amerikaya belə ciddi qəzəbin terorizmin artması ilə nəticələnə biləcəyini və Vaşinqtonun ictimai diiplomatiya səylərinin daha da böyük sınaq qarşısında qalacağını deyirlər. Lakin müşahidəçilər uzun müddət üçün əsas strategiyanın problemi həll etmək üçün iş görməkdən ibarət olduğunu deyirlər.