Mayın 3- ü Ümumdünya Mətbuat azadlığı günüdür - 2004-05-03

Dünya ölkələrində siyasi və iqitisadi azadlıqların genişlənməsi istiqamətində iş aparan Freedom House beynəlxalq təşkilatı 2003-cü il azad mətbuatın vəziyyətilə əlaqədar yeni sorğunun nəticələrini açıqlayıb. Bu araşdırmada mətbuatın dövlət səviyyəsində təzyiqlərlə qarşılaşması və mətbuat azadlığının azalması tendensiyasının artdığının müşahidə olunduğu göstərilir. Dünyanın 193 ölkəsində mətbuatın durumunu müşahidə edən mütəxəssislər bu ölkələri azad mətbuatı olan, müəyyən dərəcədə azad mətbuatı olan və azad məbuatı olmayan kateqoriyalara aid ediblər. Azad mətbuatı olmayan ölkələr kateqoriyasında Azərbaycan da göstərilib. Araşdırmada qeyd edilir ki, siyasi müdaxilə və iqtisadi şəraitin ağır olması ölkədə azad mətbuatın inkişafı qarşısında əsas manelər olaraq qalmaqdadır. Qeyri-sağlam lisenziya prosedurları Azərbaycanda mövcud olan cəmi bir neçə müstəqil tele şirkətin sayının artmasına mane olur. Hökumət məhkəmələr vasitəsilə mətbuat orqanlarını böyük cərimilər və bağlanmaqla hədələyir. Biznes şirkətləri hökumətin cavabından qorxaraq müxalifətin mətbu orqanlarında reklam verməkdən çəkinirlər. Hökumətin çətinlikdə olan qəzetlərə kredit verməyi planlaşdırması maliyyə baxmından ağır vəziyyətdə olan müstəqil mətbuat üzərində nəzarətin daha da artırmasına yol açacaq.

Sərhədsiz müxbirlər təşkilatı mətbuat günü münasibətil yaydığı bəyanatında dünya ölkələrində azad mətbuatın vəziyyətinin qənaətbəxş olmadığını qeyd edir. Birma, Kuba, Maldiv və Seyşel adaları, Tunis və Vyetnam kimi ölkələrdə azad mətbuatın ümumiyhətlə mövcud olmadığı deyilir. Dünyanın bir sıra ölkələrində jurnliastlər təzyiqlələr qarşlaşır, azad jurnalistlərlə düşmən kmi rəftar edilərək onlar qarşı güc işlədilir. Bu ölkələrin hökumətləri jurnalistləri susdurmaq üçün mümkün olan hər şeyi edirlər. Bu gün ümumdünya mətbuat gününü qeyd edərkən Sərhədsiz müxbirlər təşkilatı 2004-cü il başlayandan 13 jurnaliastin qətlə yetirildiyini bildirir. Jurnalistlər üçün ən təhlükəli yer indi İraqdır. Mart ayında döyüşlər başlayandan 23 jurnalist vəzifəsini yerinə yetirərkən qətlə yetirilib, 6 mətbuat işçisi həlak olub. 413 jurnalist həbs edilib, 366 jurnalistə qarşı fiziki güc tətbiq edilib, ya da onlar hədədələnib, 178 mətbuat orqanı senzuraya məruz qalıb.