Amnesty İraq məhbuslarının təhqir olunması ilə bağlı açıq təhqiqata çağırır - 2004-05-03

Qərargahı Londonda yerləşən Amnesty International təşkilatı iraq məhbuslarına Amerika və koalisiya qüvvələri tərəfindən işgəncə verildiyinə dair iddiların müstəqil və icitimiayyətə açıq şəkildə araşdrılmasına çağırır. Beynəlxalq insan hüquqları qrupu döyülmə və uzun müddət saxlanma da daxil olmaqla, İraqda məhbuslarla pis davranıldığına dair çox sayda məlumat aldığını bildirir. Bununla belə, Birləşmiş Ştatların Hərbi Qəraragahlar rəisi general Riçard Mayers Əbu Gərib həbsxanasında məhbuslarla pis rəftara yol verilməsinin sadəcə bir hal olduğunu deyib. Birləşmiş Ştatların hərbi qüvvələri həbsxanada təhqirə yol verdiyi deyilən altı əsgərin inzibati qaydada cəzalandırıldıqlarını bildirilər. Eyni zamanda, bu kmi rəftara məhbuslardan informasiya almaq üçün ABŞ kəşfiyyat orqanlarının agentlərinin təhrikilə yol verildiyinə dair iddialarla bağlı təhqiqat davam edir.