Pakistan sərhəddindəki yaraqlıları axtarmaqda davam edir - 2004-04-21

Pakistan Əfqanıstan sərhəddindəki qəbilələrdən təşkil olunmuş iki min nəfərlik özəl qüvvələrə Əl Qaidə və Taliban yaraqlılarını və onların yerli köməkçilərini ələ keçirmək üçün daha on gün möhlət verib. Pakistanın bir rəsmi nümayəndəsi bu gün Peşəvərdə bu barədə bəyanat verib. Özəl orduya verilən möhlətin may ayının 1-nə qədər uzadılması ölkənin şimalqərb bölgəsinin valisinin həmin qüvvələrin komandirləri ilə görüşündən sonraya təsadüf edir.