Bağdad həbsxanasında minomyot atəşi nəticəsində 21 məhbus həlak olub, 100-ü isə yaralanmışdır. General Mark Kimmit müxbirlərə bildirmişdir ki, həbsxana 18 minomyotla atəşə tutulmuşdu. General həmçinin, Amerikanın maliyyələşdirdiyi “Əl-İraqiya” tele-şirkətinin iki ərəb işçisinin qətlə yetirildiyini təsdiq etmişdir. Fəllucada isə iki həftə davam edən döyüşlərdən sonra şəhər əhalisi evlərinə qayıtmağa başlayıb.