Kosovoda beynəlmiləl polislər arasında çaxnaşma baş verib - 2004-04-18

Birləşmiş Millətlər Təşkilatının Kosovodakı nümayəndəliyi cənubi Serbia əyalətində beynəlmiləl polis qüvvəsinin zabitləri arasında baş vermiş ölümcül savaş üzərində təhqiqat aparır. Şənbə günü bölünmüş Kosovska Mitrovica şəhərində saxlanma mərkəzinin bayırında baş verən atışma nəticəsində iki Amerikalı və bir İordaniyalı zabit həlak olmuşdur. Əlavə 11 nəfər yaralanmışdır. Xəsarət çəkənlərin hamısı Kosovoda yerləşən yerləşən, 30 ölkənin nümayəndəsinin daxil olduğu 3500 nəfərlik beynəlmiləl polis kontingentinin üzvləridir. Verilən bəzi məlumatlara görə atışmaya səbəb İraq məsələsi üstündə başlamış mübahisə olub. Amma BMT polisin rəsmi nümayəndəsi Amerikanın Səsinə bunun doğru olmadığını deyir.