Birləşmiş Ştatlar generalı Mark Kimmit Bağdadda müxbirlərə deyib ki, Falluca şəhəri artıq nəzarət altındadır. Birləşmiş Ştatlar əsgərlərinin atəşkəsə riayət etdiyi, lakin yaraqlıların riayət etmədiyi bildirilir. İraqın İdarəetmə Şurasının ruhani və mülki üzvləri antikoalisiya qüvvələrinin liderləri ilə görüşmək üçün Falluca şəhərinə gediblər. Onlar altı gündən bəri davam edən döyüşlərə son qoymağa çalışırlar. General Kimmit həmçinin bildirib ki, Fallucaya əlavə olaraq Amerikanın iki batalyonu göndərilib. İraqın cənub və mərkəzində seyrək atışmaların baş verdiyi bildirilir.