İraqda sünnü və şiə partizanların fəaliyyətlərinin intensivləşdiyi bir zaman Birləşmiş Ştatların hərbi dəniz qüvvələri və İraq yaraqlıları arasında bu gün də döyüşlər baş verib. Şahidlər ABŞ hərbi qüvvələrinin Fəllücədə sünnü məscidin ətrafındakı kompleksi bombardman etdiyi zaman 40 adamın öldüyünü bildiriblər. Birləşmiş Ştatların rəsmiləri nə insident, nə də xəsarət alanlar haqda məlumatı təsdiqləməyiblər. Bu arada, rəsmi nümayəndələr radikal şiə lider Möqtəda əl-Sədrə qarşı hücumların həyata keçiriləcəyinə söz veriblər. Möqtəda əl-Sədrin əsas yardımçılarından birinin Kərbəla yaxınlığında koalisiya qüvvələri tərəfindən qətlə yetirildiyi xəbər verilir.