Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Xəzərin neft və qaz resurslarının bölüşdürülməsi məsələsinin müzakirəsi məqsədi ilə Moskvada görüş keçirirlər. Beləliklə Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistan arasındakı uzunmüddətli mübahisələrə son qoyulacağına ümid edilir. Noyabr ayında bu 5 ölkə BMT-nin sponsorluğu ilə ətraf mühit sazişinə imza atsalar da, Xəzərin təbii sərvətlərinin bölüşdürülməsində ortaq fikrə gələ bilmirlər.