İsrail polisi bu gün fələstinli müsəmanların Qüdsdəki ibadətgahına hücum etmişdir. Xəbərlərdə 20-dən artıq adamın xəsarət aldığı, onlarla adamın həbs edildiyi bildirilir. Polis Əl-Əqsa məscidinin kompleksində daş atan fələstinli gənclərə qarşı gözyaşardıcı qaz, rezin güllələrdən istifadə etmişdir. Gərgin qarşıdurma ibadət edənlər və gənclərin məsciddə gizlənməsindən sonra başlamışdır. Polis ərazini tam mühasirəyə almışdı. Bir neçə saatdan sonra polis və məscid kompleksinin səlahiyyətli nümayəndələri arasında danışıqlar keçirilmiş, polis geri çəkilmiş, məsciddəki insanlara evlərinə dönmələrinə imkan verilmişdi. Məscid kompleksi son vaxtlar bu kimi zorakılılara tez-tez səhnə olur. İsrail polisi cümə ibadətinin zorakılığa çevrilməsinin qarşısını almaq məqsədi ilə məscidə girişi məhdudlaşdırır. İsrail Pasxa bayramı ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirmişdir.