Almaniya kansleri Moskvadadır - 2004-04-02

Almaniya kansleri Qerhard Şröyder bu gün Rusiya prezidenti Vladimir Putinlə görüş məqsədi ilə Moskvaya yola düşüb. Liderlərin Avropa əlaqələri və təhlükəsizlik məsələrini müzakirə edəcəyi gözlənilir. Bu, Putinin mart ayının 14-ü yenidən prezident seçilməsindən sonra qərbin ən sənayeləşmiş ölkəsinin dövlət başçısı ilə ilk görüşüdür. Prezident Putinin gələn bir neçə gün ərzində Fransa prezidenti Jak Şirakla da görüşü planlaşdırılıb.