BMT-nin insan hüquqları komissiyası İsrailin Fələstin liderlərinə qarşı hücumlarını pisləyən bəyanatla çıxış etmişdir. 31 leyhinə, 2 əleyhinə və 18 bitərəf səslə insan hüququları komissiyası Həmas lideri Şeyx Əhməd Yassinin qətlinə görə İsraili qınamışdır. Bəyanatın əleyhinə Birləşmiş Ştatlar və Avstraliya səs vermişlər. Fələstinin BMT-dəki səfiri Nasser Əl-Kidva Həmas liderinin qətlini müharibə cinayəti kimi qiymətləndirmiş, İsrail səfiri Dan Qillerman isə Şeyx Yassini terrorizmin “xaç atası” adlandırmışdır.