Kosovoda zorakılıqlara yol verilməməsi cəhdləri davam etdirilir - 2004-03-23

Serbiyanın baş naziri Voyislav Koştunitsa Kosovodakı zorakılıqların müzakirəsi məqsədi ilə Avropa Birliyinin başçıları ilə görüşüb. Avropa Komissiyasının prezidenti Romano Prodi, Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı Xaviyer Solana və xarici əlaqələr komissiyasının nümayəndəsi Kris Patten ilə bu gün Brüssel görüşü zamanı cənab Koştunitsa gələcək qarşıdurmalara yol verilməməsi üçün vilayətin rayonlara bölünməsini təklif etməli idi.