İspaniyada Madriddəki qatar partlayışında əli olduqlarından şübhələnilən daha 4 adam həbs edilib. Həmin şəxslərin Madrid və onun ətraflarında ələ keçirildiyi bildirilir. Bu gün 4 ərəb və bir ispan hücumla əlaqədar məhkəmə qarşısına çıxarılıb. Madriddə isə Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyanın kəşfiyyat nazirlərinin görüşü keçirilib. Görüş sərhəd bölgələrinin daha yaxşı qorunmasında əməkdaşlıq mövzusuna həsr edilib.