İspaniyada zorakılığı ilə tanınmış Bask separatçı qrupu olan ETA yeni hökumətlə dialoqa başlamaq təklifi ilə çıxış etmişdir. Lakin keçən həftə seçkilərdə gözlənilmədən qalib gələn Sosialistlər bu təklifi rədd etmişlər. Bu gün Sosialist partiyasının nümayəndəsi öz partiyasının terrorçuların təzyiqinə boyun əymədiyini və onların bəyanatına məhəl qoymadığını bildirmişdir. Separatçıların yeni hökumətə ünvanladığı mesaj bu gün Bask-dilli Qara qəzetində çıxmışdır. Madrid rəsmiləri İspan paytaxtında baş vermiş terror hadisəsinə görə ən əvvəl ETA-nı qinamışdılar. Amma onlar indi 200-dən artıq insan itkisinə səbəb olmuş bu terror hadisəsini müsəlman ekstremistlərinin törətdiyinə inanırlar.