Çen Şui-bian ona edilən sui-qəsddən bir gün sonra keçirilən seçkilərdə qalib çıxaraq Tayvana prezident seçildi. Lakin onun rəqibi Lian Çen səsvermənin nəticələrinin ləğv edilməsini tələb edir və deyir ki, səsvermənin nəticələri etibarsız elan edilsin və bağlı qutulardakı səsvermə bülletenləri yenidən yoxlanılsın. Çen Şui-bian 30 min əlavə səs toplayaraq prezidentliyə namizəd rəqibi Lien Çana qalib gəlmişdir. Müşahidəçilər bildirirlər ki, cümə günü naməlum şəxslər tərəfindən sui-qəsd hücumuna məruz qalaraq yaralanan prezident seçicilərin rəğbətini qazana bilib. Müxalifətin bəzi nümayəndələri deyirlər ki, prezident seçicilərin diqqətini cəlb etmək üçün bu hücumu özü təşkil etmişdir. Lakin hələ nə bu hücumda əli olan, nə də bunun məsuliyyətini öz üzərinə götürən yoxdur.