Gələn həftə İsveçrədə Kipr məsələsi müzakirə ediləcək - 2004-03-19

Kipr türklərinin rəsmi nümayəndələri türk icmasının lideri Rauf Denktaşı adanın bölünməsi ilə bağlı böhranın həlli danışıqlarında iştirak etməyə çağırır. Kiprin tükr xarici işlər naziri Raud Denktaşın oğlu Serdar Denktaş deyib ki, atasının danışıqlarda iştirak etməməsi türklərin müzakirələrdəki mövqeyini zəiflədə bilər. Rauf Denktaş adanın birləşdirilməsi üçün kompromizlərin vacibliyini bildirir. Danışıqlar Türkiyə, Yunanıstan və Kiprin yunan nümayəndələrinin iştirakı ilə gələn həftə İsveçrədə keçiriləcək.