BMT İrana qarşı qətnamə qəbul edib - 2004-03-13

Birləşmiş Millətlər Təşkilatının Nüvə Agentliyi nüvə proqramı barədə məlumatları BMT-dən gizlətdiyinə görə İranı təngid edən bir qətnamə qəbul edib. Vyanada Beynəlxalq Atom Enerji Təşkilatının bir nümayəndəsi bildirib ki, 35 ölkənin üzvü olduğu təşkilat qətnaməni səsvermə keçirilmədən qəbul edib. Aqentlik İrana sanksiyalar tətbiq etməsi üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət edə bilər.