Məhəmməd Abbasın cəsədi Fələstində dəfn ediləcəkmi?  - 2004-03-13

Fələstin Muxtar idarəsinin bir naziri deyib ki, Birləşmiş Ştatların İraqdakı rəsmiləri 1985-ci Açille Lauro gəmisini qaçıran Məhəmməd Abbasın cəsədinin İordan çayının qərb sahilində dənfni üçün Fələstinə göndərilməsinə razılıq verib. Lakin Fələstin Muxtar idarəsinin rabitə naziri Əzəm Əl-Əhməd bildirib ki, idarəsi Fələstin Azadlıq Cəbhəsinin keçmiş lideri Məhəmməd Abbasın cəsədinin Fələstinə gətirilməsinə icazə verəcəyini gözləyir. Aprel ayında Birləşmiş Ştatların hərbi qüvvələri Bağdadı ələ keçirdikdən sonra Məhhəmməd Abbası həbs etmişdi. O, bu həftənin əvvəllərində Birləşmiş Ştatların İraqdakı həbsxanasınada vəfat etmişdir.