ABŞ-ın 4 ştatında ilkin seçkilər davam edib - 2004-03-09

Bu gün Birləşmiş Ştatların demokrat partiyasından prezidenyliyə nominasiya yarışları 4 cənub-Missisipi, Texas, Luiziana və Floridada davam edib. Massaçussets ştatından senator Con Kerri partiyasından nominasiyasını artıq əldə edib. Lakin bugünkü ilkin seçkilər prezident Buş və digər respublikaçı rəqibləri qarşısında onun cənubda dəstək əldə etdiyini nümayiş etdirmək mahiyyəti daşıyır. Son sorğular iqtisadi durum və İraqla bağlı vəziyyətin prezident Buşun populyarlığını aşağı saldığını göstərib.