Britaniya və ABŞ  terror təhlükəsinin qarşısını almaq məqsədilə təlimlər keçirməyə hazırlaşır - 2004-03-07

Britaniya və ABŞ rəsmiləri teror hücumlarının qarşısını almaq məqsədilə birgə təlimlər keçirmək haqda danışıqlar aparır. Britaniyanın daxili işlər naziri Deyvid Blanket prezident Buşun təhlükəsizlik məsələləri üzrə yardımçısı general Con Qordonla Ag Evdə görüş keçirəcək. Cənab Blanket Sky televiziyasına verdiyi müsahibədə terror hücumlarının harada və necə həyata keçirilə biləcəyi haqda kəşfiyyat məlumatlarının müzakirə olunacağını deyib. Müzakirələr zamanı habelə internetdə pornoqrafiya və mütəşəkkil cinatəkarlığa qarşı mübarizə məsələlərinin də yer alacağı gözlənilir.