Con Kerri: Buş Aristidi müdafiə etməliydi - 2004-03-07

Prezident Buşun noyabr seçkilərində opponenti olacağı gözlənilən demokrat senator Con Kerri ABŞ prezidentinin Haitinin demokratik yolla seçilmiş prezidenti Jan Bertrand Aristidi dəstəkləmədiyinə görə tənqid edib. Massaçusets ştatından senator Kerri cənab Buşun Aristidin ölkəni tərk etməsilə nəticələnmiş böhranın həllinə yardım etmək üçün Haitiyə xüsusi nümayəndə göndərməli olduğunu bəyan edib. Dövlət katibi Kolin Pauel cənab Aristidin demokratik yolla seçilsə də, ölkəni demokratik yolla idarə edə bilmədiyini bildirmişdir.