BMT-nin qaçqınlar üzrə agenliyi beynəlxalq ictimaiyyətə bir daha müraciət edərək, İraq müharibəsindən sonra didərgin düşən 400-ə yaxın fələstinliyə sığınacaq verilməsini istəyib. Agentliyin bildirdiyinə görə həmin qaçqınlar İraq sərhədlərinin 50 kilometrliyindəki İordaniya səhrasında yerləşən qaçqın düşərgəsinə sığınıblar. Əksəriyyəti həkim və digər mütəxəssislərdən ibarət bu qaçqınlar Səddam Hüseynin hakimiyyəti dövründə İraqda yaşamış, müharibədən sonra oranı tərk etməli olmuşlar. İsrail-Fələstin münaqişəsi səbəbi ilə İordaniyada iki miyon fələstinli sığınacaq tapmışdır.