Ərəb Liqasının Qahirə görüşü davam edir - 2004-03-02

Yaxın Şərqdə siyasi islahatlar məsələsinin ərəb ölkələrinin xarici işlər nazirlərinin Qahirə görüşünün gündəliyində yer alacağı gözlənilir. İslahatlar və müasirləşmə təkliflərini irəli sürən Misir İsrailin Fələstin ərazilərini təkr etməkdən imtina etməsini Yaxın Şərqin sülh prosesinə ən böyük maneə hesab edir. Misrin prezidenti Hüsnü Mübarək dünən bildirmişdi ki, demokratik islahatların tələsdirilməsi Yaxın Şərqdə xaosdan başqa bir nəticə verməyəcək.