Haitidə hökumət qüvvələri üsyançıların hücumuna hazırlaşır - 2004-02-27

Hökumət tərəfdarı silahlı dəstələr üsyançıların Port-o-Prensə hücumu qarşısında hazırlıqlar görürlər. Haitini üçüçncü böyük şəhəri Les Cayes üsyançıların əlindədir. Üsyançıların lideri Qe Filippe prezident Jan Bertrand Aristid tez bir zamanda istefa verməsə, ölkə paytaxtını ələ keçirəcəyinə söz verib. Bu arada, Pentaqon Haitiyə hərbi qüvvə yerləşdirilməsi ilə bağlı planları nəzərdən keçirir. Ağ Ev diqqəti böhranın konstitusion və siyasi həllinə yönəldib. Fransa və Birləşmiş Ştatlar prezident Aristidin istefasını dəstəkləyə biləcəklərinə işarə ediblər. Haiti prezidenti istefa verməkdən imtina edir.