Bü gün Birləşmiş Ştatlarda Valentin günü qeyd edilir  - 2004-02-14

Valentin bayramının dinə əsaslandığı deyilsə də, əsilində heç kim bunun təməlinin nə zaman qoyulduğunu dəqiq bilmir. Bayramın gənclərin gizlin evlənmələrinə yardım edən Xristian kilsəsinin nümayəndəsi müqəddəs Valentinin adını daşıdığı təxmin edilir. Lakin digər bir rəvayətə görə Valentin qədim Roma festivalının təcəssümüdür. Hazırda Valentin bayramı fevral ayıının 14-ü keçirilir. Bu bayram günü gül, şirniyyat və cəvahirat satışının ən qızğın mövsümü hesab edilir. Bü gün mehmanxanalarda otaqlara endirimlər edilir, restoranlarda pulsuz şampan şərabı paylanır.