ABŞ hərbi qüvvələrinin üzvü həbs edilib - 2004-02-13

Birləşmiş Ştatların səlahiyyətli nümayəndələri tərəfindən Əl-Qaidə terror qrupunu gizli məlumatla təmin etdiyindən şübhələnilən Rayan Anderson adlı şəxs saxlanıb. ABŞ-ın hərbi qüvvələrinin bildirdiyinə görə Anderson Vaşinqton ştatındakı hərbi bazada ələ keçirilib. Anderson internet vasitəsi ilə Əl-Qaidə ilə əlaqə saxladığında günahlandırılır. Ona qarşı irəli sürülən ittihamlar arasında “düşmənə yardım” maddəsi də yer alır. Anderson yaxın zamanda bir illik müddətə İraqa göndəriləcək Milli Qvardiyanın tank heyətinin üzvüdür.